nazimoguz
Arzu Əliyev Haqqında - NazimOguz.Tk

Qarabağda ilk Oğuz Şəhidi


Nə bəxtsiz millətdi mənim millətim,
Arzular torpaqlar altında yatır!
Dərd,kədər,göz yaşı mənim qismətim,
Fələk qismətimi kimlərə satır?

1963-cü il 16 avqust ayında Oğuz rayonunun Padar kəndində bir oğul dünyaya göz açdı.O, Arzu Yaqub oğlu Əliyev idi.Ata ananın sevinci dünyaya sığmırdı.
Qarabağda elan edilməmiş müharibənin qanlısanəməsinə həmyerlimiz Arzu Əliyevin də adı düşdü. A.Əliyev Qarabağda ilk Oğuz şəhidi idi.O 1963-cü ildə Oğuz rayon Padar kəndində anadan olmuşdur.Orta məktəbi əla qiymətlərlə qurtaran Arzu Mərdəkan polis məktəbinə daxil oldu.Oranı bitirdikdən sonra əvvəlcə Bakıda,sonra isə Sumqayıtda işləmiş,daha sonra iş yerini Şəkiyə dəyişmişdir.
1990-cı ilin dekabr ayında Arzu Şəki daxili işlər şöbəsindən Cəmilli kəndinə Mikayıl Cəbrayılov və 7 nəfər başqa şəxslər "Zil 130" markalı maşında Əsgəran rayonunun Cəmilli kəndindən Kosalar kəndinə doğru gedirdi.Puskuda durmuş erməni işğalçıları polis işçilərini atəşə tutdular.Elə o gündən Arzunun bütün arzuları ürəyində qaldı.
A.Əliyev arzularının çiçəkləndiyi bir dövrdə dünyasını dəyişdi. Arzu 17 dekabr 1990-cı ildə doğulduğu Padar kəndində əbədi olaraq torpağa tapşırıldı.
Bəli,şəhidlər xalqımızın alın alın yazısı imiş.Amma haqq incələr,üzülməz. Mən inanıram ki, haqq-ədalət qalib gələcək,tökülən qanlar üçün erməni murdarları tarix qarşısında cavab verəcək.Biz,şagird və müəllim kollektivi şəhidlərimizin ümid dolu narahat ruhları qarşısında baş əyir,ucaldığı əsl şəhidlik zirvəsini onlara halal edirik.
Allah A.Əliyevə o cümlədən bütün şəhidlərimizə rəhmət etsin.


Qonağın gəlibdi qarşıla,tələs,
Karvan dayanıbdı,köç dayanıbdı!
Altında oturdum,titrədi vələs,
Titrəyən yarpaqlar çöl oyanıbdı!

Bir böyük xiyaban sənin məskənin,
Yamyaşıl ağaclar üz niqabındır!
Çoxdur kölgəsində qan yaş tökənin,
Gecələr ulduzlar yanan şamındır!

Tanrının yazdığı qismətə bir bax,
Öz doğma Padarın oylağın oldu!...
Hər axşam,hər gecə,hər gündüz,səhər
Bura görüşünə gələnlə dolur..!

Dərdinə dözməyən göz yaşı tökər,
Bir igid oğuldun,el sevir səni!
Məzarın qarşında Arzu, diz çökər,
Səpər qəbrin üstə lalə,süsəni!


Arzu Əliyev,Şəhid,Oğuz rayonu, Padar kəndi,Əsgəran rayonu, Cəmilli kəndi,Qarabağ, Kosalar kəndi,Mərdəkan polis məktəbi

Müəllif: Nazim Tenha (Əzimzadə)

Nazim TenhaNazimOguz.Tk 2018-2019