nazimoguz
Həsən Həsənov Haqqında - NazimOguz.Tk

Şəhid Həsən Həsənov

Həsənov Həsən Əsabəli oğlu 1972-ci il mayın 1də Oğuz rayonunun Padar kəndində anadan olmuşdur.1979-cu ilin sentyabrın 1-də Padar kənd orta məktəbin 1-ci sinfinə getmişdir.Oxuduğu müddətdə nümunəvi şagird kimi seçilmişdir.1989-cu ilin mayında məktəbi bitirmişdir. 1992-ci ilin sentyabrında Azərbaycanın milli ordusuna hərbi qulluğa çağrılmışdır.Laçın rayonunun müdafiəsində yenidən döyüşlərdə iştirak etmişdir. Hərbi hissənin dağıldığına görə geri çağrılmışdır. 1994-cü ilin yanvarında könüllü olaraq yenidən döyüşə qayıtmışdır.Kəlbəcər rayonunun müdafiəsində gedən ağır döyüşlərdə igidliklə vuruşmuş və qəhramancasına həlak olmuşdur. 1994-cü il martın 1-də Oğuz rayonunun Padar kəndində dəfn olunmuşdur.
Allah sənə rəhmət etsin!


Üzüm əkdim bağında,
Qara salxım tağında,
İgidim,şəhid oldun,
Ömrün bahar çağında.

Qəfil düşdün sən kəməndə,
Öz halınla barışmadın...
Bulaq kimi çağlasanda,
Damlalara qarışmadın!...

Həyat eşqi o gözdədi,
Heykəl oldun qar üstündə!
Şaxta səndən can istədi,
Əyilməzlik var büstündə!..

Od yanında suya dönər,
Buz da belə bircə anda!
Bəs sən niyə ərimədin,
Köksün altda od yatanda?

İlahidən bu Qüdrətdir,
Tanrı sənə verib onu!
Şəhid olan ölməz olur,
Əbədisən,yoxdur sonun!...


Hesen Hesenov,Əsabəli oğlu,Oğuz rayonu,Padar kəndi,Azərbaycanın milli ordusu,Laçın rayonu,Kəlbəcər rayonu

Müəllif: Nazim Tenha (Əzimzadə)

Nazim TenhaNazimOguz.Tk 2018-2019